Sunda Vivitan

Sunda Vivitan (sunda. ᮞᮥᮔ᮪ᮓ ᮝᮤᮝᮤᮒᮔ᮪, azərb. erkən Sunda və ya həqiqi Sunda‎) Sundalıların ənənəvi dini inanc sistemi. Bu təbiətin gücünü və əcdadların ruhunu (animizmdinamizmi) ifadə edir.[1] Bu inanc sisteminin ardıcılları Qərbi Yavanın Kanekes, Lebak, Banten, Cisolok, Ciptaqelar Kasepuhan Banten Kidul, Sukabumi, Kampunq Naqa, Ciququr və Kuninqan reqensi (inzibati ərazi) kimi ərazilərin bəzi kəndlərində tapıla bilər. Carita Parahyanqanthis ərazisində bu inanc Catisunda adlanır. Bu dinin tətbiqçilərinin fikrincə Sunda Vivitan qədim dövrlərdən Hinduizmİslam gəlməmişdən əvvəl həyat tərzinin bir hissəsi olmuşdur.

Sunda Vivitanın müqəddəs kitabı Sanqhyanq siksakanda nq karesian adlanır. Bu kitab dini və əxlaqi rəhbərlik, qaydalar və dərslərdən ibarət olan bir nəsihətedici metoddur. Mətn İndoneziya Milli Kitabxanası tərəfindən Kropak 630 olaraq təyin olunur. Cikeusik kəndinin bir kokolotuna (yaşlı) görə Kanekes xalqı Hindu və ya Buddizm inanclarına bağlı deyillər. Onlar yalnız əcdadlarının ruhlarını ibadət edən bir animistik sistemə əməl edirlər. Ancaq vaxt keçdikcə Sunda Vivitan Hindu və bir az da İslam elementlərindən təsirlənmişdir.[2]

  1. Ekadjati, Edi S, "Kebudayaan Sunda, Suatu Pendekatan Sejarah", Pustaka Jaya, Jakarta, 1995, halaman 72–73
  2. Djajadiningrat, 1936: 11–12

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy